C# Kursu

C# nədir?

C# (C Sharp), Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir. Sintaksis və platform olaraq ən çox Javaya yaxındır. Javadakı bir çox xüsusiyyət – sadəlik, tullantı avtomatik təmizləmə mexanizmi, virtual maşın (CLR) – bu dildə də mövcuddur. C# 2.0 və 3.0 versiyaları dilə bəzi dinamik xüsusiyyətlər qazandırır. C# 4.0 versiyası  2010, Aprelin 12 çıxıb. Microsoft.Net (Visual Studio)-dən başqa Mono və DotGNU – kodu açıq olan C# kompilyatoru mövcüddur. Bu proqramlaşdırma dili Microsoft şirkəti tərəfindən Delphiyə rəqib olaraq hazırlanmışdır. Bu dil özünü tez bir zamanda tanıtdı və artıq demək olar ki ilk vaxtlarından Delphini sıxışdırmağa başladı. Obyektyönümlü proqramlaşdırma dilidir. Əgər hər hansı bir proqramlaşdırma biliyiniz varsa, mütləq C#-da ona bənzərliyi hiss edəcəksiniz.
Əslində danılmaz bir həqiqətdir ki, Microsoft şirkəti özü də C#-ı digər proqramlaşdırma dillərindən üstün tutduğunu gizlətmir və məhz bu dil Microsoft-u proqramlaşdırma sektorunda da liderlik etməsinə səbəb olur.
Digər üstünlüyünü deyək, çünki bunu xüsusilə bilməlisiniz . Siz C# dilini öyrənməklə yalnız Vizual C#-da deyil, Microsoft-un bütün yeni sistemlərində: Microsoft ASP.NET, WPF, WCF, Silverlight-da da heç bir problemsiz işləyə biləcəksiniz, çünki Microsoft bütün bu sistemlərdə işləmək üçün C# dilini təqdim edir.
Qısası, əgər öyrənmək üçün C# dilini seçmisinizsə, düzgün seçim etmisiniz .

C# kursu

Kursun müddəti 6-aydır. Kurs müddətində iki layihə işlənəcək və bu layihə sizin şəxsi porfolinizə  daxil olacaq.

Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (2-ədəd). Dərslər fərdi və qrup (2-4 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 2-saat, qrup tələbələri isə 1 saat 30.

Təhsil haqqı: Qrup şəklində 150 AZN-dir, Fərdi olaraq 300 AZN

Bağla