HTML & CSS kursu

HTML və CSS nədir?

Web proqramçı olmaq üçün işə mütləq birinci HTML ilə başlamalısınız. 

HTML – HyperText Markup Language .Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir.HTML Internetin fundamental baza texnologiyasıdır. Çox sadə bir dil sayılır. Brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir.
HTML veb-səhifənin növünü və funksiyasını təyin edən deskriptorlar əsasında yaradılmış dildir.
Deskriptor (teq) – kodlaşdırılmanın əsas elementi kimi HTML standartında qəbul olunmuş işarələrdir. Bütün Web qovşaqlarda toplanmış və Internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar.

CSS – Cascading Style Sheets (Kaskadlı Stillərin Cədvəli) – dildir, ixtiyari HTML – sənədin xarici görünüşünü özündə saxlayan xassələr toplusudur. Məsələn: CSS ilə paraqrafların mətn rənglərini sadəcə bir yerdən dəyişdirə bilərsiniz. Bu önəmlidir, çünki CSS istifadəyə verilməmişdən əvvəl hər bir HTML etiketi üçün ayrı-ayrı stil təyin etmək lazım idi. CSS ilə birlikdə bu problem aradan qaldırıldı. Artıq tək bir fayl ilə bütün səhifələrimizdəki məzmunları formalaşdıra bilərik. CSS-in ilk kəliməsi olan cascading (pilləli) termini isə adını uyğun olaraq istənilən obyektə pillə-pillə çatan olmasından almışdır. Məsələn bir sahədəki (div) içindəki bir paraqrafın ilk sətirinə <div> p:first-line pillə yolu ilə asanca çatmaq olar və bu sətir, tək bir kod sətri ilə proyektin bütün səhifələrində vizual olaraq dəyişdirilə bilər.

HTML və CSS kursu

HTML və CSS ilə saytın “skelet”ini hazırlayırlar. CSS, HTML etiketlərinə ən sadə görünüş  (rəng, genişlik, yüksəklik və.s) verir. Kursun müddəti 2-aydır. Kurs müddətində bir neçə kiçik layihələr hazırlanacaq. Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd, Azərbaycan və İngilis dillərində).  Dərslər  fərdi və qrup (2-4 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 2-saat, qrup tələbələri isə 1 saat 30 dəq.

Təhsil haqqı: Qrup şəklində 130 AZN-dir, Fərdi olaraq 280 AZN

Bağla