JavaScript Kursu

JavaScript nədir?

JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyektə Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır.

Günümüzdə NodeJS texnologiyası ilə server tərəfli də (server-side) şərh edilən proqramlama dili halına gəldi. HTML dili hər nə qədər mətinlər üstündə istədiyimiz hər işi görməyimizə icazə versə də, zəif olduğu bəzi tərəfləri var, məsələn HTML bizə veb səhifələrin bir “iş” gördürmək, onları fərqli hadisələrə və vəziyyətə həssas formaya salmağımıza imkan vermir. Bu çatışmamazılığın Netscape firmasının nümayəndələri də fərqinə varmış, 1995 –ci il Dekabr ayında C dilinin brauzerlərə uyğunlaşdırılmış növü deyəbiləcəyimiz JavaScripti bazara çıxartdılar.

JavaScript kursu

Kursun müddəti 2-aydır.

Kurs müddətində bir neçə kiçik layihə işlənəcək və bu sizin şəxsi portfolinizə daxil ediləcək. Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd, Azərbaycan və İngilis dillərində).  Dərslər  fərdi və qrup (2-4 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 2-saat, qrup tələbələri isə 1 saat 30 dəq.

Təhsil haqqı: Qrup şəklində 130 AZN-dir, Fərdi olaraq 280 AZN.

Bağla