MS Office kursu

MS Office nədir?

Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir. Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur.  Microsoft Excel – elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə işləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur.

MS Office kursu

Kursun müddəti 2 ay davam edir.

💻 Komputer kursları – MS Office – Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint – İnternet

✌ Dərslər həftədə 2-3 dəfə (sərbəst seçim)

🕣 Bir dərs – 1.5 saat (90 dəqiqə) – həftədə 2 dəfə

🕣 Bir dərs – 1 saat (60 dəqiqə) – həftədə 3 dəfə

📚 Xüsusi proqram

✔️ SERTİFİKAT verilir

💻 Praktika

Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.

Bu kursda aşağıdakıları öyrənəcəksiniz:

– Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə (yazı işləri) edilir.

– Microsoft Office Excel — cədvəl prosessoru. Əsasən  hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır.

–  Microsoft Office PowerPoint — bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir.

Təhsil haqqı: Qrup şəklində 50 AZN-dir, Fərdi olaraq 80 AZN.

Bağla