PHP nədir?

PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. 

PHP, birçox insanın istifadə etdiyi, HTML ilə əlaqəyə girəbilən və veb-səhifələr hazırlamaq üçün istifadə edilən dildir. PHP özünə aid host tərəfindən idarə olunur. Məsələn Javascript dili istifadəçi tərəfindən idarə olunursa, PHPnin  idarə olunması üçün localhost qurulmalıdır. HTML ilə hazırlayacağınız bir veb-səhifə üçün uzun kodlar yazmaq məcburiyyətindəsiniz. PHP ilə isə bu işiniz nisbətən asanlaşır. Beləki, PHP kodlarınızı hazırlayıb, HTMLə əlavə edirsiniz. PHPnin daha bir üstün cəhəti isə asan dil olmasıdır. PHP istifadə etməyin ən gözəl yanlarından biri, yeni başlayanlar üçün öyrənməyin olduqca asan olması və eyni zamanda professional istifadəçilər üçün irəli səviyyə xüsusiyyətlərə sahib olmasıdır. Çox qısa müddətdə PHP ilə proqramlaşdırmaya başlaya bilər və bir neçə saata sadə proqramlar yazmağa başlaya bilərsiniz. PHP hər platformada işləyə bilir (Unix,Windows,MAC OS …) PHP kodları scriptlər platformasında müstəqil olaraq işləyə bilir. PHP kodları ilə digər kodlar qarışmırlar. Çox sürətli işləyən bir dildir.  HTML kodları arasında asanlıqla yerləşdirilə bilir. İnternet dünyasında böyük bir inkişaf edici potensialı var. PHP ilə yazılmış bir çox proqram və kodlar rahat bir şəkildə tapılmaqdadır. MySql verilənlər bazası ilə PHP yüksək performans və güvənilir bir şəkildə işləyə bilir. Bununla yanaşı digər verilənlər bazası ilə də işləmək imkanı verir.

PHP Kursu

PHP kursu müddəti 3 ay təşkil edir.

PHP-ni öyrənməklə müxtəlif formalı və istənilən funksiyalı saytlar hazırlaya bilərsiniz. Kurs müddətində bir layihə işlənəcək və bu layihə sizin şəxsi porfolinizə daxil olacaq. Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd).  Dərslər fərdi və qrup (2-3 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 2-saat, qrup tələbələri isə 1 saat 30 dəq. 

Təhsil haqqı: Qrup şəklində 150 AZN-dir, Fərdi olaraq 300 AZN

Full Stack PHP Kursu müddəti 4 ay təşkil edir.

Kurs müddətində HTML, CSS, Javascript, MySql, Php-1 Framework və əlavə olaraq Bootstrap 5, Sass, Ecmas 6 və React Js tədris ediləcəkdir. 

Kurs müddətində bir layihə işlənəcək və bu layihə sizin şəxsi porfolinizə  daxil olacaq. Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd).  Dərslər fərdi və qrup (2-3 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 2-saat, qrup tələbələri isə 1 saat 30 dəq. 

Təhsil haqqı: Qrup şəklində 170 AZN-dir, Fərdi olaraq 300 AZN

Bağla