Python kursu

Python nədir?

Python dili – müxtəlif paradiqmaları dəstəkləyən proqramlaşdırma dilidir, 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin sintaksisi digər dillərə nisbətən aydın və anlaşıqlıdır. Python tam dinamik tiplidir və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Obyekt yönümlüdür və demək olar ki, bütün əməliyyat sistemlərində işləyə bilir. Həmçinin öyrənilməsi də olduqca asan bir dildir. Dilin yaradıcısı Guido van Russom, əsasən C, Perl və  Java dillərindən ilhamlanaraq Python-u meydana gətirib. Olduqca güclü bir dildir. GoogleYoutubeNASA və CERN kimi böyük qurumlar məhz Python-dan istifadə edir. IEEE Spectrum jurnalının son reytinqinə əsasən Python bugünkü gün ən populyar proqramlaşdırma dili hesab olunur. Yeni başlayan proqramçı üçün proqramlaşdırma dilinin seçilmə mərhələsi çox vacib qərarlardan biridir. Məhz o proqramçının iş sahəsini, peşəkar inkişaf perspektivlərini, həmçinin gəlirini müəyyən edir. Python dilinin sintaksisi çox sadədir, onu asanlıqla yazmaq və oxumaq olar.

Python kursu

Python kursu: Kurs 3-ay davam edəcək.

Kurs müddətində bir neçə kiçik və bir tam layihə işlənəcək.

Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd, Azərbaycan və İngilis dillərində).  Dərslər  fərdi və qrup (2-3 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 3-saat, qrup tələbələri isə 2-saat.

Təhsil haqqı: Qrup şəklində 150 AZN, Fərdi olaraq 300 AZN.

Bağla