Scratch Kursu

Scratch nədir?

Scratch, MIT tərəfindən hazırlanmış web-based proqramlaşdırma dilidir. Uşaqların proqramlaşdırma dilini öyrənməsi üçün  2007-ci ildə Massaçusets Texnologiya İnstitutunun (MIT-Massachusetts Institute of Technology) Media Lab qrupu tərəfindən Scratch proqramlaşdırma dili (müəllif Mitchel Resnick) yaradılıb və 30 iyun 2009-cu ildə bu proqramın daha işlək Scratch 1.4 versiyası işıq üzü görüb. Qısa müddətdə bu proqram dünya səviyyəsində sevilib  və geniş tətbiq edilməyə başlayıb. Tələbə və təlimatçılara asanlıqla oyunlar və animasiyalar hazırlamaq imkanı verən bir vasitədir. Bu proqramlaşdırma kiçik uşaqlar üçün nəzərdə tutulub (6-16 yaş). Bu proqramlaşdırma ilə uşaqlar kod görmədən proqramlar hazırlayırlar və bu da onların alqoritm qurma qabiliyyətini artırır. Belə ki, uşağın gördüyü iş oyuna bənzəsə də,  bu, onun zehni və yaradıcı inkişafına təkan verir və sonda onda proqramlaşdırma vərdişlərinin formalaşmasına gətirib çıxarır. Dünyanın bir çox nüfuzlu dövlətlərində artıq bu üsul ilə balaca uşaqlar proqramlaşdırma öyrənir. Artıq ölkədə ilk dəfə olaraq EMİNERA İT, həmçinin   kiçik yaşlı  uşaqlara  yeni üsulla proqramlaşdırma tədris edəcək.

Scratch kursu

SCRATCH programming for kids: Bu kurs uşaqlar üçün nəzərdə tutulub (6-16 yaş). Bizdə artıq kiçiklərdə proqramlaşdırma öyrənə biləcək. Beləki uşaqlar “puzzle” ilə proqramlar yazaraq alqoritim qurma bacarığın artıracağ. Kursun müddəti 3-aydır. Bundan sonra uşaq kod yazma etapına keçə biləcək (12+ yaş). Kursu müvüfəqiyyətlə bitirən tələbələrə beynəlxalq sertifikatlar veriləcək (1-ədəd).  Dərslər  fərdi və qrup (4-6 nəfər olmaqla) şəklində tədris olunur.Dərslərimiz həftədə iki dəfə keçrilir, fərdi tələbələr 3-saat, qrup tələbələri isə 2-saat. Təhsil haqqı: Fərdi olaraq 150 AZN, Qrup şəklində 80 AZN-dir.
Bağla