Türkiyədə Təhsil

Türkiyədə Təhsil

Bakalavr Təhsili – Türkiyədə bakalavr təhsili almaq üçün 11 illik tam orta təhsil attestat tələb edilir. Türkiyə universitetlərinə müraciət edərkən attestat və 9,10,11 – ci sinif məktəb qiymətləri təqdim olunur. Türkiyədə təhsil türk dilindədir və tələbə dərslərə başlamazdan əvvəl türk dili biliyi yoxlanılır.
Magistr Təhsili – Türkiyədə magistr təhsili almaq üçün tələbənin bakalavr dərəcəsi olması tələb olunur. Universitetə müraciət edərkən bakalavr diplomu və qiymətləri təqdim olunur.
Doktorantura Təhsili – Türkiyədə doktorantura təhsili almaq üçün tam bakalavr, magistr təhsili olması tələb olunur. Doktorantura üzrə müraciət ediləndə tələbənin bakalavr, magistr təhsilinin və ya dərslərin uyğunluğuna diqqət yetirilir.

Türkiyədə sən də təhsil al

Türkiyənin dövlət və özəl universitetlərində əyani və ya qiyabi bakalavr, magistr, doktorantura təhsili üçün müraciət edə bilərsiz.
Türkiyə universitetlərinə qəbul imtahansız aparılır və tələbənin TQDK, YÖS, SAT, ALES kimi imtahan nəticələri varsa əlavə olaraq qəbul müraciət zamanı universitetə təqdim edilir.

Xidmətlərimiz:
– Universitetlə tanışılıq və ixtisas seçimi.
– Universitetə müraciət və qəbul məktubu.
– Türkiyədə qarşılama (istəyə görə).

Bağla